Milli Şuranın mitinqinin təşkilatçıları Hacıbala Abutalıbovla görüşüblər
- 04 aprel, 2017
- 13:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 aprel. REPORT.AZ/ Bu gün Milli Şuranın aprelin 9-na təyin edilən mitinqinin təşkilatçıları Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) dəvət olunublar.
Bu barədə "Report"a Milli Şuranın üzvü, qurumun mitinqə hazırlıq üzrə təşkilat komitəsinin üzvü Oqtay Gülalıyev məlumat verib.
O bildirib ki, onları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qəbul edib və mitinqin aprelin 9-da deyil, 8-də keçirilməsini təklif edib: "Hacıbala Abutalıbov bildirdi ki, aprelin 9-u bazar gününə təsadüf edir, ona görə də mitinq ayın 8-də, şənbə günü keçirilməlidir. Biz də qeyd etdik ki, bu, qanunvericiliyin pozulmasıdır. Bu istiqamətdə fikir mübadiləsi apardıq".
O.Gülalıyev qeyd edib ki, Milli Şuranın aprelin 8-də mitinq keçirib-keçirməməsi ilə bağlı qərar yaxın vaxtlarda açıqlanacaq.