Milli Məclisin növbədənkənar sesiyasının sonuncu plenar iclası başlayıb

Daxili siyasət
  • 24 iyun, 2016
  • 08:07
Milli Məclisin növbədənkənar sesiyasının sonuncu plenar iclası başlayıb
Milli Məclis

Bakı. 24 iyun. REPORT.AZ/ Milli Məclisin növbədənkənar sesiyasının sonuncu plenar iclası başlayıb. “Report”un xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçən iclasın gündəliyinə 9 məsələnin müzakirəsi təklif olunub.

İclasda 3 məsələnin müzakirəsi gündəlikdən çıxarılıb.

Plenar iclasda Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna dəyişikliklər ediləcək.