Məzahir Pənahov: “Qanun pozuntularına qarşı barışmaz mövqe nümayiş etdiririk”

Daxili siyasət
  • 19 dekabr, 2023
  • 13:09
Məzahir Pənahov: “Qanun pozuntularına qarşı barışmaz mövqe nümayiş etdiririk”
Məzahir Pənahov

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qanun pozuntularına qarşı barışmaz mövqe nümayiş etdirdiklərini bildirib.

“Report”un xəbərinə görə, o, bu barədə MSK-nın bugünkü iclasında deyib.

Onun sözlərinə görə, bütün seçki məntəqələri qanun çərçivəsində fəaliyyət göstərirlər: “Qanun pozuntularına qarşı barışmaz mövqe nümayiş etdiririk”.

MSK sədri qeyd edib ki, seçkilərlə bağlı bütün tərəflər öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməlidir.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.