Məntəqə sədri: "Seçici aktivliyi müşahidə olunur"

Daxili siyasət
  • 07 fevral, 2024
  • 05:39
Məntəqə sədri: Seçici aktivliyi müşahidə olunur

7 saylı Səbail seçki dairəsinin 12 saylı məntəqəsində 1 309 nəfər səs verə bilər.

Bu barədə "Report"a məntəqə seçki komissiyasının sədri İmran Cəmiyev məlumat verib.

O bildirib ki, hazırda 190 nəfər artıq səs verib: "Səsvermə prosesi çox yaxşı gedir və seçici aktivliyi müşahidə olunur. Heç bir qanun pozuntusu qeydə alınmayıb və seçki öz qaydasında davam edir".

44 - Tezliklə