Mehriban Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

Daxili siyasət
  • 31 mart, 2023
  • 08:11
Mehriban Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

"Report"un xəbərinə görə, paylaşımda deyilir:

"Xalqımıza qarşı törədilmiş cinayətləri unutmayacağıq və tariximizin təhrif olunmasına heç vaxt imkan verməyəcəyik! Allah bütün şəhidlərimizə rəhmət eləsin".