Türkiyədə prokuror “Lotu Quli”nin qətlində təqsirləndirilən şəxslərə ömürlük həbs cəzası istəyib
- 24 oktyabr, 2023
- 14:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyədə prokuror “Lotu Quli” ləqəbli Nadir Səlifovun qətlində təqsirləndirilən şəxslərə ömürlük həbs cəzası istəyib.
"Report" xəbər verir ki, Manavqat 2-ci Ağır Cinayətlər Məhkəməsində prokuror təqsirləndirilən şəxslər Əli Mövlamlı, Əmir Həmidli, Cəmil Keleş, Erkan Aşan, Xaqan Zeynalov, Nürsen Arasoğlu, Rəsul Həsənov, Ümid Nəcəfovun qəsdən adam öldürmə ittihamı ilə ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Bundan başqa, prokuror bildirib ki, Cəfər Əlizadə, Namiq Canıyev, Xanımnisə Məmmədova və Camal Həsənov beynəlxalq axtarışda olmalarına baxmayaraq, onlar hələ də həbs edilməyib.
İclasda çıxış edən təqsirləndirilən şəxslər hadisədə iştirak etmədiklərini iddia edərək, azadlığa buraxılmalarını və bəraət hökmünün çıxarılmasını istəyiblər. Təqsirləndirilən şəxsin vəkilləri müdafiəyə hazırlaşmaq üçün vaxt tələb ediblər.
Xatırladaq ki, "Lotu Quli" ləqəbli Nadir Səlifov 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada oteldə güllələnərək qətlə yetirilib. O, başından 4 güllə yarası alıb. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.