Keçən il "ASAN xidmət" 57 müraciətdən əsassız imtina edib

Daxili siyasət
  • 11 fevral, 2021
  • 05:28
Keçən il ASAN xidmət 57 müraciətdən əsassız imtina edib

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə, habelə səyyar “ASAN xidmət”ə edilən 56 315 müraciətdən əsaslandırılaraq imtina edilib (1%), 822 236 müraciət üzrə isə informasiya xidməti (xidmətlərin təşkili və göstərilməsi barədə məlumatların verilməsi) göstərilib (14,3%).

"Report" xəbər verir ki, bu, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2020-ci il üzrə hesabatında öz əksini tapıb.

Hesabat dövrü ərzində 57 əsassız imtina halı (0,001%) qeydə alınıb.

Əsassız imtina halları ilə bağlı 39 vətəndaşa sonradan mərkəzlərə dəvət olunaraq xidmət göstərilməsi təmin edilib. Digər 18 müraciət üzrə məlumatlar müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına göndərilib.