Dövlət başçısı yeni qanunun tətbiqi ilə bağlı hökumətə tapşırıqlar verib

Daxili siyasət
  • 27 fevral, 2021
  • 12:07
Dövlət başçısı yeni qanunun tətbiqi ilə bağlı hökumətə tapşırıqlar verib

Prezident İlham Əliyev “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 271-VIQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncam Nazirlər Kabinetinə aşağıdakılar tapşırılıb:

Nazirlər Kabinetinin (NK) 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 271-VIQD nömrəli Qanununa uyğunlaşdırılmasını təmin etmək məqsədilə iki ay müddətində, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, həmin Təlimata müvafiq dəyişikliklər etməlidir.

Həmçinin NK Qanundan irəli gələn digər məsələləri həll etməlidir.