I Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvləri Şuşada aşkarlanan kütləvi məzarlığa baş çəkiblər

Daxili siyasət
  • 05 sentyabr, 2023
  • 11:10
I Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvləri Şuşada aşkarlanan kütləvi məzarlığa baş çəkiblər

I Qarabağ müharibəsi zamanı itkin düşən soydaşlarımızın ailə üzvləri Şuşada aşkarlanan kütləvi məzarlığa baş çəkiblər.

"Report"un Qarabağ bürosu xəbər verir ki, "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən səfər zamanı itkin düşmüş soydaşlarımızın ailə üzvləri Şuşa həbsxanasının həyətində aşkarlanan kütləvi məzarlığın olduğu yerə baş çəkiblər.

İtkin düşən şəxslərin ailə üzvləri məzarlıq yerini göz yaşları ilə yad ediblər.

Qeyd edək ki, I Qarabağ müharibəsi zamanı itkin düşən soydaşlarımızın ailə üzvlərinin Şuşaya səfəri davam edir.

44 filmi