Hikmət Hacıyev: “Köhnə Füzulinin xarabalıqları işğalın faciəvi xatırlatmasıdır”

Daxili siyasət
  • 17 oktyabr, 2023
  • 16:27
Hikmət Hacıyev: “Köhnə Füzulinin xarabalıqları işğalın faciəvi xatırlatmasıdır”

“Köhnə Füzulinin xarabalıqları işğalın faciəvi xatırlatmasıdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Füzuli Şəhər Günü ilə bağlı “X” hesabında etdiyi paylaşımda qeyd edib.

O xatırladıb ki, 2020-ci il oktyabrın 17-də Füzuli Ermənistanın 30 illik hərbi işğalından azad edilib.

“Keçmiş məcburi köçkünlər yeni tikilmiş mənzillərə qayıdır, uşaqlar isə məktəblərə gedirlər. Füzuli şəhərinin gənc sakinləri Füzuli Şəhəri Gününü - 17 oktyabr 2020-ci ildə Füzulinin Ermənistanın işğalından azad edilməsini gözəl konsert proqramı ilə qeyd edirlər. Diplomatik nümayəndələrlə biz də onlara qoşulmaqdan məmnunuq”, - o bildirib.


44 filmi