"Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri. 1-ci kitab" adlı kitabı təqdimatı olub

Daxili siyasət
  • 30 iyun, 2026
  • 15:29
Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri. 1-ci kitab adlı kitabı təqdimatı olub

"Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri. 1-ci kitab" adlı kitabın təqdimat mərasimi olub.

"Report" xəbər verir ki, Prezident Kitabxanasının Konfrans zalında baş tutan tədbirdə dövlət rəsmiləri, alimlər, ictimai-siyasi xadimlər və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği baxımından kitabın mühüm elmi-tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd olunub ki, müəllif canlı salnaməçi kimi oxucunu müstəqilliyin ilk illərinin mürəkkəb siyasi-iqtisadi mənzərəsinə aparır və Ulu Öndərin xilaskarlıq missiyasını təhlil edir.

Sözügedən kitabın müəllifi Aslan Aslanovdur.

Qeyd edək ki, Aslan Aslanov Ulu Öndər Heydar Əliyevin 1993-2003-cü illərdə keçirdiyi görüşlərin, qəbulların, iclasların və digər tədbirlərin, eləcə də xarici ölkələrə səfərlərinin əksəriyyətində AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib və Heydər Əliyev "universiteti"ndə dərs alıb.

Kitaba Aslan Aslanovun həmin tədbirlərdən mətbuat üçün hazırladığı informasiyalar daxil edilib, həmçinin müəllifin həmin görüşlərə dair xatirələri, düşüncələri verilib.

Kitabda Heydər Əliyevin siyasi fəaliyyəti, 1993-1995-ci illərdə ölkədə baş verən hadisələr işıqlandırılıb.