Gürcüstanda Azərbaycanın ümummilli liderinin xatirəsi yad edilir
Daxili siyasət
- 10 may, 2021
- 06:43
Gürcüstanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olunur.
“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik və “SOCAR Energy Georgia” şirkətinin əməkdaşları, azərbaycanlı iş adamları və ictimaiyyət nümayəndələri ulu öndərin adını daşıyan parkda onun büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.
H.Əliyevin doğum günü münasibətilə Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzində ümummilli liderin fotoşəkillərindən ibarət sərgi də təşkil olunub. Anım mərasimi iştirakçıları sərgiyə baxış keçiriblər.
Ulu öndərin xatirəsi Rustavi şəhərindəki abidəsi önündə də anılacaq.
Son xəbərlər
01:22
DÇ-2026-nın final oyununda əlavə vaxt başlayıb - YENİLƏNİR-4
Futbol01:20
ABŞ Yaxın Şərqə əlavə F-16 və F-35 qırıcıları göndərir
Digər ölkələr00:50
Livan Prezidenti və Rubio İsraillə sülh razılaşmalarının icrasını müzakirə edib
Digər ölkələr00:17
DÇ-2026-nın finalının ilk hissəsində antirekord qeydə alınıb
Futbol00:05
Foto
Tom Kruz, Cennifer Hadson və Tramp: Dünya çempionatının rəngarəng bağlanış mərasimi
Futbol23:45
Pentaqon iyulun 18-də İraqda ABŞ hərbçisinin həlak olduğunu açıqlayıb
Digər ölkələr23:40
İraqın Baş naziri Tehrana səfər edəcək
Region23:33
Messi DÇ-2026-nın finalında iki rekorda imza atıb
Fərdi23:24