Gürcü ekspert: Xocalı faciəsi post-sovet məkanında ən dəhşətli hadisədir
- 26 fevral, 2025
- 16:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Xocalı faciəsi post-sovet məkanında baş vermiş ən dəhşətli hadisələrdən biridir.
Bunu “Report”un yerli bürosuna Gürcüstanın Terrorizm və Problemlərin Araşdırmaları Mərkəzinin sədri, politoloq Badri Naçkebia deyib.
O, Xocalı soyqırımının dəhşətli faciə olduğunu vurğulayaraq, bu faciənin digər münaqişələrdən fərqləndiyini bildirib:
“Bu, bəlkə də post-sovet məkanında uşaqların hədəf alınıb qətlə yetirildiyi yeganə faciə idi. Digər münaqişələrdə belə bir şey olmamışdı. Uşaqların öldürülməsi kimi bir fakt heç bir başqa hadisədə yaşanmayıb,” - deyə B.Naçkebia əlavə edib.
Ekspert, həmçinin bu cinayətin açılmasının zəruriliyini vurğulayıb və cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün daha çox səylə çalışmağın vacibliyini qeyd edib.
“Xocalı faciəsinin tam açılması bütün dünya xalqlarına lazımdır. Gələcəkdə belə hadisələrin qarşısının alınması üçün hər kəs bir araya gəlməlidir,” - deyə Badri Naçkebia bildirib.