Gülşən Paşayeva: Azərbaycan beynəlxalq təhlükəsizliyə töhfə verən ölkələrdən biridir

Daxili siyasət
  • 02 iyul, 2026
  • 11:36
Gülşən Paşayeva: Azərbaycan beynəlxalq təhlükəsizliyə töhfə verən ölkələrdən biridir

Azərbaycan beynəlxalq təhlükəsizliyə töhfə verən ölkələrdən biridir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Gülşən Paşayeva Müdafiə Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə hazırladığı "Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat"ın təqdimatında deyib.

Onun sözlərinə görə, Azərbaycanın sülhməramlı missiyalarda iştirakı beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə yanaşı, Azərbaycan Ordusunun peşəkar potensialının inkişafına və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edir:

"​Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlar sahəsində təcrübəsi var. Sülhməramlı əməliyyat yalnız hərbi fəaliyyətlə məhdudlaşmır. Müasir sülhməramlı əməliyyatlar siyasi, hüquqi, humanitar və təhlükəsizlik komponentlərini özündə birləşdirən çoxşaxəli fəaliyyət sistemidir".

G.Paşayeva bildirib ki, hazırda 121 ölkədən 65000 artıq BMT sülhməramlısı dünyanın üç qitəsində (Afrika, Asiya və Avropada) həyata keçirilən 11 BMT sülhməramlı əməliyyatında iştirak edir, aralarında Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu da vardır.

44 filmi