Göyçayda Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Aydın Nuriyev dəfn edilib – YENİLƏNİB

Daxili siyasət
  • 30 oktyabr, 2025
  • 15:17
Göyçayda Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Aydın Nuriyev dəfn edilib – YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Aydın Nuriyev dəfn edilib.

"Report"un yerli bürosu xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Mırtı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Göyçay rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Aydın Nuriyevlə vida mərasimi keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Göyçay rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Aydın Nəriman oğlu Nuriyev 1966-cı il noyabrın 4-də Göyçayın Mırtı kəndində anadan olub. 1992-ci il fevralın 26-da Xocalıda gedən döyüşlər zamanı itkin düşüb.

A.Nuriyev doğulduğu kəndin qəbiristanlığında dəfn ediləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti