Formula-1 Azərbaycan Qran-Prisinə FHN-nin 400 nəfərə yaxın şəxsi heyəti cəlb olunub

Daxili siyasət
  • 25 iyul, 2026
  • 14:04
Formula-1 Azərbaycan Qran-Prisinə FHN-nin 400 nəfərə yaxın şəxsi heyəti cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında "Formula-1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026"-ya hazırlıq çərçivəsində yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün təlimlər keçirib.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında FHN-in Baş Əməliyyat İdarəsinin rəisi polkovnik-leytenant Elvin Ağayev deyib.

Onun sözlərinə görə, ümumilikdə 186 nəfər marşal var və onlardan 60 nəfəri Fövqəldə Hallar Nazirliyinin peşəkar yanğınsöndürənləridir.

Şöbə rəisinin sözlərinə görə, təlimlər iki hissədən ibarətdir:

"Nəzəri hissədə yanğın zamanı davranış və digər qaydalar, praktiki hissədə isə texniki avadanlıqlarla iş üzrə davranış izah olunur. Nazirliyin 30-dan çox xüsusi texnikası, eləcə də 400 nəfərə yaxın şəxsi heyətinin cəlb olunması planlaşdırılıb".

Xatırladaq ki, Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.

44 filmi