FHN rəsmisi: Təlimlər uşaqların böyük marağına səbəb olub
- 01 iyun, 2026
- 13:37
Yeniliklərdən dərhal xəbərdar olun!
FHN-in təlimlərində iştirak uşaqların çox böyük marağına səbəb olub.
"Report"un yerli bürosunun məlumatına görə, bunu nazirliyin Gəncə Regional Mərkəzinin sektor müdiri Elnur İmanov FHN tərəfindən şəhid övladları üçün "1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə "açıq qapı günü" tədbiri ilə bağlı danışarkən deyib.
O qeyd edib ki, tədbirdə uşaqlar FHN-in xilasetmə xidmətinin gündəlik iş təlimi təqdim olunub.
"Maraqlısı odur ki, bu təlimlərdə uşaqlar da birbaşa iştirak edib. Bu isə uşaqların çox böyük marağına səbəb olub. Eyni zamanda uşaqlara FHN-in yanğından mühafizə texnikaları nümayiş olunub. Eyni zamanda nazirlik tərəfindən hər il fövqəladə hallar uşaqların gözü ilə yaradıcılıq müsabiqəsi keçirilir, gənc xilasedici və yanğınsöndürmə yarışları keçirilir".