Əli Həsənov: “Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan xalqına və dövlətinə töhfələr verəcək”

Daxili siyasət
  • 25 fevral, 2017
  • 09:52
Əli Həsənov: “Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan xalqına və dövlətinə töhfələr verəcək”

Bakı. 25 fevral. REPORT.AZ/ “Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edirəm. Düşünürəm ki, bu təyinat Azərbaycan xalqına, dövlətinə töhfələr verəcək”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimat mərasimində deyib.

Prezidentin köməkçisi qeyd edib ki, bu təyinatla dövlət idarəçiliyində dinamizm müşahidə olunacaq: “Mehriban Əliyeva xaraktercə dinamik insandır və bu, ölkə siyasətinə də təsir edəcək”.

44 filmi