Bu il daimi yaşamaq üçün Azərbaycana 886 nəfər gəlib

Daxili siyasət
  • 17 may, 2023
  • 13:50
Bu il daimi yaşamaq üçün Azərbaycana 886 nəfər gəlib

Bu il daimi yaşamaq üçün Azərbaycana 886 nəfər gəlib.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, 2023-cü ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 886 nəfər gələn, Azərbaycandan isə 527 nəfər gedən qeydə alınıb.

Miqrasiya saldosu ölkə üzrə müsbət 359 nəfər təşkil edib.

44 - Tezliklə