Biləsuvarda 6 küçəyə şəhidlərin adı verilib
Daxili siyasət
- 12 sentyabr, 2023
- 08:00
Biləsuvar rayonunun Təzəkənd kəndində altı küçəyə şəhidlərin adı verilib.
"Report"un Muğan bürosunun məlumatına görə, bununla bağlı Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı müvafiq sərəncam imzalayıb.
Sərəncamla rayonun Təzəkənd kəndində 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaşadıqları küçələrə adları verilib.
Həmin şəhidlər Ruslan Şirinov, Tacəddin Quliyev, Fərqan Manafov, Amid İsmayılov, Əlizadə Bayramov və Elməddin Əhmədlidir. Artıq sözügedən küçələrə ünvan lövhələri də vurulub.
Son xəbərlər
06:04
Pentaqon rəhbərinin müavini Venesuela rəhbərliyi ilə görüşüb
Digər ölkələr05:38
Nigeriyada qanunsuz mədənçilikdə şübhəli bilinən 37 nəfər həbsxanada ölüb
Digər ölkələr05:17
FT: London Aİ-ni Britaniyanı "Avropada istehsal olunub" proqramına daxil etməyə çağıracaq
Digər ölkələr04:46
KXDR rəsmisi: ABŞ və müttəfiqlərinin hərbi təlimləri regionda sabitliyi pozur
Digər ölkələr04:29
"NBC News": ABŞ Avropadakı hərbi mövcudluğunu azalda bilər
Digər ölkələr04:07
ÜST: Konqoda Ebola epidemiyası yayılmaqda davam edir
Digər ölkələr03:38
ABŞ və Litva nadir yeraltı metallar üzrə saziş imzalayıblar
Digər ölkələr03:17
ABŞ İran Prezidenti və XİN rəhbərinin BMT Baş Assambleyasında iştirakı üçün vizaları təsdiqləyib
Digər ölkələr02:58