Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib
- 26 may, 2015
- 01:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə qərar qəbul edib.
"Report" xəbər verir ki, qərar Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qəbul edilib.
Qərara əsasən, Rəşad Şahbaz oğlu Bağırov 2 saylı Şərur seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilib. Eyni zamanda Salman Əli oğlu Mehdiyev 2 saylı Şərur, Abduləziz Xəlil oğlu Xəlilov 92 saylı Zərdab – Ucar, Elxan Musa oğlu Məmmədov 123 saylı Kəlbəcər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin ediliblər.