Bakının polis bölmələrindən birinə yeni rəis təyin edilib

Daxili siyasət
  • 31 oktyabr, 2016
  • 06:39
Bakının polis bölmələrindən birinə yeni rəis təyin edilib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Daxili işlər orqanlarında yeni təyinat olub.

“Report”un xəbərinə görə, polis polkovnik-leytenantı Elmir Hüseynov Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Bölməsinə rəis təyin edilib.

E.Hüseynov bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsində çalışıb.

Xatırladaq ki, bir neçə ay əvvəl 25-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Rafael Albabayev vəzifəsindən azad edilərək 23-cü Polis Bölməsinə rəis təyin edilmişdi.

44 - Tezliklə