Azərbaycanın ən yaşlı seçicisi seçki məntəqəsinə gələrək səs verib - VİDEO - YENİLƏNİB

Daxili siyasət
  • 23 dekabr, 2019
  • 14:06
Azərbaycanın ən yaşlı seçicisi seçki məntəqəsinə gələrək səs verib - VİDEO - YENİLƏNİB

Azərbaycanın ən yaşlı seçicisi bələdiyyə üzvlüyünə namizədlərə səs verib.

"Report"un Qərb Mərkəzi xəbər verir ki, rayonun Aşağı Kəsəmən kənd sakini, 1903-cü il təvəllüdlü Zəhra Nəbi qızı Bənnayeva 108 saylı seçki dairəsinin 19 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib. 

Məlumat üçün bildirək ki, 108 saylı Ağstafa rayon seçki dairəsinin tərkibində 38 məntəqə və 42 674 seçici var. Seçicilərin 5 nəfərinin yaşı 100-dən çoxdur. 230 nəfəri isə ilk dəfə səs verən seçicilərdir. Rayon üzrə bələdiyyə üzvlüyünə 707 namizəd 238 yer uğrunda mübarizə aparır.

Seçkiləri 393 nəfər müşahidə edir, 8 məntəqəyə isə müşahidə kameraları quraşdırılıb.


***16:42

Qazax rayonunda bələdiyyə seçkiləri üzrə səsvermə davam edir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, saat 8:00-dan seçicilər məntəqələrə gələrək öz səsvermə hüquqlarından istifadə edilər.

107 saylı Qazax seçki dairəsi üzrə 453 nəfər bələdiyyə üzüvlüyünə namizəd var. Onlardan 308 nəfəri öz təşəbbüsü ilə digərləri isə müxtəlif partiyaları təmsil edir. 

Seçkiləri müşahidə edənlər isə 472 nəfərdir.

Azərbaycanın ən yaşlı seçicisi seçki məntəqəsinə gələrək səs verib - VİDEO - YENİLƏNİB

44 - Tezliklə