Azərbaycanda seçki mühitinin öyrənilməsi məqsədilə sosioloji sorğuya başlanılıb
- 22 yanvar, 2024
- 06:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda seçki mühitinin öyrənilməsi məqsədilə sosioloji sorğuya başlanılıb.
“Report”un xəbərinə görə, sorğunu Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və “Oracle Advisory Group” (ABŞ) təşkilatı birgə həyata keçiririrlər.
"Komandamız 10 ildir ki, fəaliyyət göstərir. Təşkilatımız 15 ölkədə 24 səsvermədə iştirak edib. Azərbaycanda keçiriləcək seçkilər bizim üçün 25-ci qlobal seçki olacaq", - “Oracle Advisory Group” təşkilatının nümayəndəsi Vlada Qalan deyib.
Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib.