Azərbaycanda 5 günlük bayram tətili başlayıb
Daxili siyasət
- 30 dekabr, 2021
- 20:00
Bu gündən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq 5 günlük tətil başlayıb.
"Report" xəbər verir ki, tətil günləri 2021-ci ilin dekabr ayının 31-i, 2022-ci ilin yanvar ayının 1,2,3 və 4 tarixlərini əhatə edir.
Belə ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramı günləridir.
Yanvar ayının 1 və 2-si şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə uyğun olaraq iş və istirahət günlərinin yeri dəyişdirilərək yanvarın 3 və 4 tarixləri də qeyri-iş günü olacaq.
Beləliklə, tətil günləri ölkədə ardıcıl olaraq 5 gün davam edəcək.
Son xəbərlər
10:24
Cənubi Koreya Prezidentinin reytinqi 55 %-ə düşüb
Digər ölkələr10:19
Azərbaycanda elektron ticarət "Bir Pəncərə"yə inteqrasiya olunacaq
Biznes10:14
Şəmkirdə 11 nəfərin qidadan zəhərləndiyi ehtimal olunur - YENİLƏNİB
Sağlamlıq10:13
"Bir Pəncərə" Orta Dəhlizdəki ölkələrin sistemlərinə inteqrasiya ediləcək
İnfrastruktur10:09
Fariz Əliyev: "Bir Pəncərə" idxal-ixrac prosedurlarını sadələşdirəcək"
İnfrastruktur10:04
"İmişli" Futbol Klubunun yeni loqosu təqdim olunub
Futbol10:03
m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri – sürətli, birbaşa, komissiyasız
Biznes09:54
Foto
Video
Bakıda yanğın təhlükəli sexin fəaliyyəti dayandırılıb
Hadisə09:51