Cənubi Koreya Prezidentinin reytinqi 55 %-ə düşüb
- 16 iyul, 2026
- 10:24
Cənubi Koreya Prezidenti Li Çje Myonun reytinqi 55 %-ə düşüb.
"Report" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bunu iyulun 13-dən 15-dək keçirilən "National Barometer" sorğusunun nəticələri təsdiqləyib.
Linin işinin müsbət qiymətləndirilməsi əvvəlki sorğu ilə müqayisədə 3 faiz bəndi, mənfi qiymətləndirilməsi isə 1 faiz bəndi azalaraq 34 %-ə düşüb.
Sorğu göstərib ki, hakim Demokratik Partiyaya dəstək əvvəlki sorğu ilə müqayisədə 4 faiz bəndi azalaraq 38 %-ə düşüb, əsas müxalif Xalqın Gücü Partiyasına dəstək isə 2 faiz bəndi artaraq 22 % təşkil edib.
Hökumətin quru qoşunları, hərbi dəniz donanması və hərbi hava qüvvələri üçün birləşmiş hərbi akademiyanın yaradılması planına gəldikdə isə respondentlərin 55 %-i bu təklifə qarşı çıxıb, 34 %-i isə onu dəstəkləyib.
Sorğu "Embrain Public", "Kstat Research", "Korea Research" və "Hankook Research" sosioloji şirkətləri tərəfindən 1000 nəfər arasında keçirilib.