Azərbaycan Prezidenti Eldar Nuriyevi “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

Daxili siyasət
  • 19 noyabr, 2015
  • 14:28
Azərbaycan Prezidenti Eldar Nuriyevi “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Eldar Qasım oğlu Nuriyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, E.Nuriyev Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, E.Nuriyev 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsində çalışır.