Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına katib təyin edilib
- 23 yanvar, 2024
- 07:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) katib təyin edilib.
"Report"un xəbərinə görə, bu vəzifəyə qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəşad Nəsirov gətirilib.
O, AHİK-də hər iki vəzifəni də icra edəcək.
Qeyd edək ki, Rəşad Nəsirov keçmiş ANS, "Lider" telekanallarında və İctimai Televiziyada fəaliyyət göstərib.
Jurnalist 2010-cu ildən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də baş redaktor və "Xəbərlər" informasiya proqramları studiyasının direktoru vəzifələrində çalışıb. 2015-ci ildə isə Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini təyin olunan Rəşad Nəsirov 2020-ci ildə həmin vəzifədən azad olunub.