Azər Qasımlının məhkəməsi başlayıb
Daxili siyasət
- 18 iyun, 2025
- 17:44
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxsin müqavilə üzrə vəkilləri prosesdə iştirak etmədiyi üçün məhkəmənin hazırlıq iclası iyunun 25-nə kimi təxirə salınıb.
Qeyd edək ki, A.Qasımlı ötən il dekabrın 8-də saxlanılıb.
O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinib və barəsində həbs qətimkan tədbiri seçilib.
Son xəbərlər
05:09
SEPAH: İranın cənubunda partlayışlar baş verib
Region04:55
Tramp seçki pozuntuları barədə məlumatların açıqlanmasını gözləyir
Digər ölkələr04:46
CENTCOM İrana zərbələr endirildiyini təsdiqləyib - YENİLƏNİB
Digər ölkələr04:23
Rumıniya hakimiyyəti elektrik enerjisinə qənaət etməyə çağırıb
Digər ölkələr03:54
FES rəhbəri inflyasiyanı 2% səviyyəsinə qaytarmaq istəyir
Digər ölkələr03:17
Tramp İrana qarşı hərbi əməliyyatın dayandırılmasını istisna edib
Digər ölkələr02:48
Türkiyədə avtomobil çay yatağına aşıb, ölən və yaralananlar var
Region02:19
Səudiyyə Ərəbistanının müdafiə naziri Cey Di Venslə görüşüb
Digər ölkələr01:51