Anar Quliyev: Azərbaycanın minatəmizləmə təcrübəsi başqa ölkələrə nümunə ola bilər

Daxili siyasət
  • 02 sentyabr, 2026
  • 11:42
Anar Quliyev: Azərbaycanın minatəmizləmə təcrübəsi başqa ölkələrə nümunə ola bilər

Azərbaycanın minatəmizləmə təcrübəsi başqa ölkələrə nümunə ola bilər.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində "Şəhərlərin Bərpası üzrə Fəaliyyət və Bərpa Fondu" adlı panel müzakirədə deyib.

Onun sözlərinə görə, minatəmizləmə fəaliyyəti təkcə bir ərazinin deyil, bütün regionun dayanıqlı inkişafına töhfə verir:

"Minadan təmizlənmiş torpaqların gələcəkdə necə töhfə verəcəyi də önəmli məqamlardan biridir. Çünki bu məsələ gələcək nəsillərin sağlamlığının təməlidir".

Sədr vurğulayıb ki, məkan planlaşdırılması yaşayış məskənlərinin harada inkişaf etməli olduğunu, onların bir-biri ilə necə əlaqələnməsini, infrastrukturun onları necə birləşdirməli olduğunu, ictimai obyektlərin və iqtisadi zonaların harada yerləşəcəyini müəyyən edir:

"Bu yanaşma BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlıq çərçivəsində daha da möhkəmləndirilir. Torpaqların əlçatanlığı yaşayış məskənlərinin strukturuna təsir edir, inkişaf prioritetlərini müəyyənləşdirir və torpaqların istifadəyə verilməsi ardıcıllığını istiqamətləndirir".

44 - Tezliklə