Ağdərə və Xocalı rayonlarıтın 16 yaşayış məntəqəsində tikinti-bərpa işləri həyata keçirilir

Daxili siyasət
  • 09 iyul, 2025
  • 13:44
Ağdərə və Xocalı rayonlarıтın 16 yaşayış məntəqəsində tikinti-bərpa işləri həyata keçirilir

Bu ilin köç planına uyğun olaraq Ağdərə və Xocalı rayonlarıın 16 yaşayış məntəqəsində tikinti-bərpa işləri həyata keçirilir.

"Report" xəbər verir ki, bunu Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov Xankəndidə diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsində deyib.

Onun sözlərinə görə, 2025- ci ilin köç planına əsasən Xocalı rayonunun 8 kəndinə ( Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Seyidbəyli, Xanabad və Şuşakənd) və Ağdərə rayonunun 8 kəndinə ( Həsənriz, Vəngli , Kolatağ, Çıldıran, Heyvalı, Dəmirli, Çapar və Aşağı Oratağ) əhalinin köçü ilə bağlı təmir-bərpa işləri başa çatdıqdan sonra hər iki rayonun kəndlərinə mərhələli şəkildə keçmiş məcburi köçkünlərin köçürülməsi prosesi həyata keçiriləcək:

"Hazırda növbəti illər üçün bu və digər yaşayış məntəqələri üzrə köç planının tərtib edilməsi və bununla bağlı digər müvafiq işlər aparılır".

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, S. Qəhrəmanov onu da xatırladıb ki, Xocalı şəhəri və Ballıca kəndinə, Ağdərə rayonunun Suqovuşan, Həsənriz, Talış kəndlərinə keçmiş məcburi köçkünlərin bir qisminin qayıdışı artıq təmin edilib.