Aran bölgəsində keçirilən seçkilərdə fəallıq müşahidə olunur - FOTO - VİDEO - YENİLƏNİB
- 09 fevral, 2020
- 06:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Aran bölgəsində növbədənkənar parlament seçkisinə start verilib.
"Report"un Aran bürosu xəbər verir ki, rayonda 59 saylı Salyan və 60 saylı Salyan-Neftçala seçki dairələri fəaliyyət göstərir.
59 saylı Salyan seçki dairəsində 40 seçki məntəqəsindən 39 min 800 seçicinin bu gün keçirilən növbədənkənar parlament seçkisində iştirakı gözlənilir. Bunlardan 71 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Seçki prosesini birbaşa izləmək üçün 8 seçki məntəqəsində VEB kamera quraşdırılıb. Eyni zamanda əlillərin səsvermədə iştirakı üçün əksər seçki məntəqəsinin qarşısında panduslar qoyulub. Seçicilərin səsvermədə iştirakı üçün seçki məntəqələrində hər cür şərait yaradılıb. Onu da deyək ki, sözügedən seçki dairəsində növbədənkənar parlament seçkisinə 16 nəfər öz namizədliyini irəli sürüb, sonradan 8 nəfər öz ərizəsi ilə namizədliyini geri götürüb. Hazırda həmin dairədən Milli Məclisə 1 nəfər üzv seçilməlidir ki, buna qarşı 8 namizəd mübarizə aparır.
60 saylı Salyan-Neftçala seçki dairəsində də seçicilərin fəallığı qənaətbəxşdir. Qeyd edək ki, bu dairədə 39 min 112 nəfər seçicinin səsverməsi üçün 39 seçki məntəqəsi yaradılıb. Seçki dairəsində növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 9 nəfərin namizədliyi qeydə alınıb. Bu gün keçirilən növbədənkənar parlament seçkilərində 1 yer uğrunda 9 nəfər namizəd mübarizə aparır. Seçkilərin gedişini 747 yerli, 2 nəfər xarici müşahidəçi izləyir. 747 nəfərin isə ilk dəfə növbədənkənar parlament seçkilərində iştirakı gözlənilir. 100 yaşdan yuxarı 3 nəfər seçici səsvermədə iştirak edəcək. Qeyd edək ki, seçkilərin tam demokratik və ədaltli keçməsi üçün dairənin əhatə etdiyi bütün seçki məntəqələrində normal şərait yaradılıb.
61 saylı Neftçala seçki dairəsidə məntəqələrə gələn seçkilərin fəallığı qənaətbəxşdir. Dairə sçki komissiyasının sədri Şaiq Məmmədovun verdiyi məlumata görə, hələ indiyədək hər hənsı bir seçki məntəqəsindən qanun pozuntusu ilə bağlı dairəyə istər yazılı, istərsə də şifahi şəkildə şikayət daxil olmayıb. Növbədənkənar parlament seçkiləri seçki məcəlləsində nəzərdə tutulan qanunlar çərçivəsində həyata keçirilir. Seçicilərin səs verməsi üçün seçki məntəqələrində də hər cür şərait yaradılıb. Dairə üzrə fəaliyyət göstərən 41 seçki məntəqəsi hər cür texniki avadanlıqlarla təchiz olunub. 5 məntəqədə VEB kamera quraşdırılıb, məntəqələrdə əlillərin rahat iştirak etmələri üçün panduslar qoyulub. Dairə üzrə 42 min 619 nəfər seçici siyahılarına daxil edilib. Seçicilər heç bir təsir və təzyiqə məruz qalmadan istədiyi namizədə səs verirlər. Seçki məntəqələrində 3 nəfər beynəlxalq, müxtəlif partiyalardan olan 665 nəfər isə yerli müşahidəçi seçkilərin gedişini izləyir. Növbədənkənar parlament seçkisində 90 nəfər ilk dəfə səsvermədə iştirak edəcək.
Qeyd edək ki, dairə üzrə öz namizədliyini verən 15 nəfərdən 1 nəfəri öz ərizəsi ilə namizədliyini geri götürüb. Milli Məclisə 1 yer uğrunda 14 nəfər mübarizə aparır.
46 saylı Şirvan seçki dairəsində də seçicilər yüksək fəallıq nümayiş etdirirlər. Saat... olmasına baxmayaraq seçicilər böyük ruh yüksəkliyi ilə məntəqəlrə axışırlar. Qeyd edək ki, 43 min 417 seçicinin olduğu dairədə 34 seçki məntəqəsi fəaliyyət göstərir.12 seçki məntəqəsində VEB kamera quraşdırılıb. Məntəqələr fasiləsiz elektrik enerjisi və rabitə xidməti ilə təmin olunub. Seçici və müşahidəçilər üçün bütün seçki məntəqələrində normal şərait yaradılıb. Növbədənkənar parlament seçkisini 660 yerli, 4 nəfər beynəlxalq müşahidəçisi izləyir. Növbədənkənar parlament seçkisində 23 namizəd qeydə alınsa da sonradan onlardan 12 nəfəri öz namizədliyini geri götürüb. Bu gün keçirilən seçkilərdə 11 nəfər namizəd Milli Məclis üzvlüyünə iddialıdır. Hazırda səsvermə zamanı qanun pozuntuları qeydə alınmayıb.
***08:52
58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsində də növbədənkənar parlament seçkisi mütəşəkkil qaydada davam edir. Dairədə qeydə alınan 46 min 900 seçicinin yüksək fəallığı müşahidə olunur. Qeyd edək ki, dairədə 49 seçki məntəqəsi var. Həmin seçki məntəqələrindən 42-si Hacıqabulda, 7-si isə Kürdəmir rayonunda yerləşir. Dairə seçki komissiyasının sədri Məhəmməd Hacıyevin verdiyi məlumata görə, dairədə 8 nəfərin namizədliyi qeydə alınıb. Sonradan 2 nəfər öz namizədlyini geri götürərək hazırda 6 nəfər namizəd arasında ciddi mübarizə gedir. Növbədənkənar parlament seçkisi tam obyektiv və ədalətli şəraitdə keçirilir. Seçkilər 8 məntəqədə quraşdırılmış VEB kamera ilə canlı izlənilir. Bununla yanaşı növbədənkənar parlament seçkisi 548 yerli, 2 beynəlxalq müşühidəçi tərəfindən nəzarət olunur. Dairədə seçkiyə start verildiyi andan indiyədək hələlik həra hansı bir ciddi qanun pozuntusu qeydə alınmayıb.
Bu gün keçirilən növbədənkənar parlament seçkisinin gedişini müxtəlif partiyaları təmsil edən 543 nəfər yerli, 3 nəfər xarici müşahidəçi (1-i MDB, 2-si ATƏT) izləyir.
Qeyd edək ki, səsvermə zamanı hələlik hər hansı bir qanun pozuntusu qeydə alınmayıb, seçkilər tam demokratik, şəffaf və azad şəraitdə keçirilir.