Nazir ​Kəmaləddin Heydərov Şirvanda vətəndaşları qəbul edəcək

Cəmiyyət
  • 26 avqust, 2014
  • 07:44
Nazir ​Kəmaləddin Heydərov Şirvanda vətəndaşları qəbul edəcək

Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şirvanda vətəndaşları qəbul edəcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Report-a verilən məlumata görə, qəbulda yalnız Şirvan, Salyan, Neftçala və Biləsuvar rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Avqustun 28-də keçiriləcək qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

44 - Tezliklə