Yardımlıda sahibkarlar üçün treninq keçirilib
- 10 aprel, 2015
- 12:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 aprel. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Yardımlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Yardımlıda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
“Report” nazirliyin məlumatına əsasən xəbər verir ki, ekoloji təmiz kənd təsərrüfatının inkişafı, biznes planların və investisiya layihələrinin hazırlanması, biznesin əsasları, təşkili və idarə edilməsi, marketinq mövzularını əhatə edən treninqlərdə ekoloji təmiz kənd təsərrüfatı, bu sahədə beynəlxalq təcrübə, biznes planların hazırlanması, biznesin idarə edilməsinin təşkili, marketinq, reklam fəaliyyəti, satışın təşkili və idarə edilməsi barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Bundan başqa, treninqlərdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilib.
Qeyd edək ki, aprelin 9-da analoji treninq Gəncə nümayəndəliyinin təşkilatçılığı Göygöl rayonunun Quşqara kəndində keçirilib.