Yaponiyanın elektronika istehsalçısı Azərbaycan bazarına daxil olub

Biznes
  • 02 avqust, 2017
  • 05:10
Yaponiyanın elektronika istehsalçısı Azərbaycan bazarına daxil olub
Report

Bakı. 2 avqust. REPORT.AZ/ Vergilər Nazirliyi "Fujitsu Azərbaycan" MMC-ni dövlət qeydiyyatına alıb.

"Report" nazirliyə istinadən xəbər verir ki, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 15B, mənzil 35, nizamnamə kapitalı 2 min manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı Üstün Selahattindir.

Xatırladaq ki, "Fujitsu" Yaponiyanın elektronika istehsalçısıdır.