"Wyndham Garden Baku" hoteli xidmətinizdədir

Biznes
  • 17 sentyabr, 2025
  • 12:00
Wyndham Garden Baku hoteli xidmətinizdədir

Azərbaycanda fəaliyyət göstərən, "Azpetrol" şirkətinə məxsus olan və turistlərin rahatlığını düşünərək, onlar üçün hər cür şərait yaradan "Wyndham Garden Baku" hoteli 25 oktyabr 2022-ci ildən fəaliyyət göstərir. Hotelin rəsmi açılış mərasimi 27 yanvar 2023-cü ildə baş tutub.

Hotel ümumi 88 otaq, konfrans, 15 nəfərlik iclas zalı, banket zalları, 100-160 nəfərlik "Xan Çinar zalı", 40-60 nəfərlik "Şam zalı", restoran, SPA və Fitness xidmətlərini qonaqlara təklif edir.

Ən əsası isə hava limanından və şəhər mərkəzindən cəmi 15 dəqiqə məsafədə yerləşən "Wyndham Garden Baku" hotelində  qonaqların rahatlığını nəzərə alaraq xüsusi transfer xidməti fəaliyyət göstərir. "Wyndham Garden Baku" hotelində 100 nəfərə yaxın peşəkar və gülərüz personal çalışır.

Hotel müxtəlif tədbirlərin, əlamətdar günlərin, banketlərin və şənliklərin keçirilməsinə tam uyğundur.

Hoteldəki "Magnolia"restoranının təcrübəli aşpazları tərəfindən hazırlanan milli və xarici təamlar, öz dadı ilə sizi məftun edəcək.

Bundan başqa, hotelin tərkibində fəaliyyət göstərən "Olive SPA & Wellness" mərkəzi, qonaqların asudə vaxtının həm maraqlı, həm də faydalı keçirməsi üçün nəzərdə tutulub. Burada 25 metr uzunluğunda hovuz,  kardio və fitness zalları, Fin və Rus saunaları (bura daxildir kisə, köpüklü masaj və bədən skrabı xidmətləri) və Türk hamamı, çoxsaylı masaj və müalicə otaqları qonaqların tam ixtiyarına verilib. Həmçinin "Vitamin Bar" ilə idman zalı, fitnes xidmətləri də var ki, burada peşəkar təlimçilərlə istənilən bədən formasına sahib ola bilərlər.

"Wyndham Garden Baku" hoteli ilin bütün fəsillərində qonaqlara yüksək səviyyədə xidmət göstərməyə tam hazırdır.

Son xəbərlər

Bütün Xəbər Lenti