Vergilər Nazirliyi daha 19 nəfərin ölkədən çıxmasına qadağa qoyub

Biznes
  • 06 sentyabr, 2016
  • 07:48
Vergilər Nazirliyi daha 19 nəfərin ölkədən çıxmasına qadağa qoyub

Bakı. 6 sentyabr. REPORT.AZ/ Vergilər Nazirliyi vergi borcuna görə daha 19 nəfərin ölkədən getmək hüququnu məhdudlaşdırıb. "Report" Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bunlardan 7-si fiziki şəxslər, 12-i isə hüquqi şəxslərin icra orqanlarının rəhbərləridir.

Bununla da vergi borcu ilə əlaqədar Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin sayı 737-dən 756-ya (müvafiq olaraq 325 və 431 nəfər olmaqla) yüksəlib.

44 filmi