“Toyota” qlobal avtomobil satışını rekord həddə artırıb
Biznes
- 29 aprel, 2021
- 05:17
Bu ilin mart ayında Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Toyota” şirkəti qlobal miqyasda 982 912 ədəd avtomobil satıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 44,2% çoxdur və yeni artım rekordudur.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, avtomobil nəhənginin məhsullarına tələbatın kəskin artması ABŞ və Çindən qaynaqlanır.
Belə ki, ötən ay ABŞ-da idman yolsuzluq və hibrid avtomobillərə, Çində isə “Corolla Sedan” modelinə güclü tələb olub. Son nəricədə “Toyota”nın ölkəxarici satışları 57,8% artaraq 791 568 ədəd, ölkədaxili satışları isə 6,4% artaraq 191 344 ədəd təşkil edib.
Bu ilin yanvar-mart aylarında isə “Toyota”nın qlobal avtomobil satışı ötən ilin eyni dövrü ilə müqayisədə 19,1% çox olub.
Son xəbərlər
17:20
"Bir Kredit" BOKT-un istiqrazlarına 68 investor maraq göstərib
Maliyyə17:18
Foto
Video
"Azəriqaz" "Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi" layihəsinə start verib
Energetika17:12
Sərbəst güləş üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
Fərdi17:08
ABŞ "Olina" tankerinin saxlanılması əməliyyatına başlayıb
Digər ölkələr16:55
Region Liqasında çıxış edən üç komandanın apellyasiya şikayəti təmin edilib
Futbol16:51
BP dünyada ilk dəfə "Xankəndi" gəmisi ilə Xəzərdəki sualtı quyulara xidmət göstərməyə başlayır
Energetika16:49
İtaliya A seriyasında ötən ayın ən yaxşı baş məşqçisi açıqlanıb
Futbol16:45
Foto
Kamran Əliyev Pirallahıda vətəndaşları qəbul edib
Hadisə16:42