"Sınıqkörpü"də Gürcüstanla ortaq nəzarət binasının tikintisi üçün danışıqlar aparılır

Biznes
  • 05 iyun, 2018
  • 08:14
Sınıqkörpüdə Gürcüstanla ortaq nəzarət binasının tikintisi üçün danışıqlar aparılır
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev

Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycan "Sınıqkörpü" Gömrük-Keçid Məntəqəsində Gürcüstanla ortaq nəzarətin həyata keçiriləcəyi bina tikmək niyyətindədir. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

S.Mehdiyevin sözlərinə görə, hazırda bununla bağlı Gürcüstan tərəfi ilə danışıqlar gedir: "Əgər qarşı tərəflə razılıq əldə edilsə, regionda ilk dəfə sərnişinlərə və yüklərə ortaq gömrük nəzarəti həyata keçiriləcək".

44 filmi