Sabah Bakıda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərrac keçiriləcək

Biznes
  • 19 sentyabr, 2016
  • 11:12
Sabah Bakıda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərrac keçiriləcək

Bakı. 19 sentyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) sabah Bakıda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti açıq hərrac keçirəcək. 

Bu barədə “Report”a komitədən bildirilib.

Məlumata görə, hərrac saat 10:00-da qurumun Bakı şəhəri, Heydər Əliyev prospekti 105 ünvanda yerləşən İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində baş tutacaq.