Roborock ev təmizliyinə iki fərqli yanaşma təqdim edir

Biznes
  • 15 noyabr, 2026
  • 18:24
Roborock ev təmizliyinə iki fərqli yanaşma təqdim edir

Gündəlik tozun yığılması, xalçalardakı tüklər və mətbəxdəki yağlı ləkələr fərqli təmizlik üsulları tələb edir. Roborock Qrevo Curv 2 Flow və Roborock F25 Ultra bu ehtiyacları avtomatlaşdırılmış təmizlik və istifadəçinin idarə etdiyi buxar-isti su rejimləri ilə qarşılayır.

Gündəlik təmizliyin avtomatlaşdırılması

Roborock Qrevo Curv 2 Flow robot tozsoranında Spiraflow Real-Time Self-Cleaning Mop texnologiyası rulonu işlədiyi müddətdə fasiləsiz yaxalayır, çirkli suyun yenidən döşəməyə yayılmasının qarşısını alır. 270 mm enində rulon dəqiqədə 220 dövrə sürətlə fırlanır və 15 N təzyiq tətbiq edir.

Edge-Adaptive Roller Mop divar kənarlarına çatır. Xalça aşkarlandıqda rulon 15 mm qalxır, Innovative Roller Shield isə nəm rulonla xalça arasında qoruyucu maneə yaradır. Model 20 000 Pa sorulma gücünə və əsas, həmçinin yan fırçada dolaşmaya qarşı sistemə malikdir. Dok-stansiya rulonu 75°C su ilə yuyur, 55°C isti hava ilə qurudur.

Yağlı və qurumuş ləkələr üçün fərqli rejimlər

Roborock F25 Ultra yuyucu tozsoranında VaporFlow™ texnologiyası 180°C buxarla qurumuş ləkələri yumşaldır. WaveFlow™ isə yağlı çirklənmələr üçün axar isti sudan istifadə edir. 86°C göstəricisi daxili qızdırıcının çıxışına aiddir, döşəməyə çatan temperaturu bildirmir.

Modelin sorulma gücü 22 000 Pa-dır. DirTect® sensoru çirklənməyə uyğun olaraq sorulmanı və su axınını tənzimləyir. İstehsalçının sınaqlarına əsasən, Auto rejimində iş müddəti 60 dəqiqəyə qədərdir. İstifadədən sonra rulon buxar və isti su ilə təmizlənir, 95°C isti hava ilə beş dəqiqədə qurudulur.

Qlobal mövqe və yerli satış

IDC-nin 2026-cı ilin birinci yarısı üzrə məlumatlarına görə, Roborock robot tozsoran brendləri arasında göndəriş sayı və satış dəyəri üzrə qlobal birincidir.

Hər iki modeli Baku Electronics, İrşad, Kontakt və Technohome mağazalarından, həmçinin Baku Electronics, İrşad və Kontakt-ın rəsmi onlayn mağazalarından əldə edə bilərsiniz. Hissəli ödəniş imkanı da mövcuddur; şərtlər satıcı tərəfindən təqdim olunur.

Black Friday kampaniyası çərçivəsində iştirakçı satış şəbəkələrində Qrevo Curv 2 Flow və F25 Ultra xüsusi qiymətlərlə təqdim olunacaq. Xüsusi təkliflər və məhsulla bağlı yeniliklərdən xəbərdar olmaq üçün Roborock-un rəsmi Instagram (@roborock.az) və TikTok (@roborock.az) hesablarını izləyin.

44 filmi