Ötən il Azərbaycan ərazisindən 30 milyard dollar dəyərində yük daşınıb

Biznes
  • 04 yanvar, 2022
  • 13:14
Ötən il Azərbaycan ərazisindən 30 milyard dollar dəyərində yük daşınıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan ərazisindən xarici ticarət əməliyyatları zamanı ümumilikdə 30,209 milyard ABŞ dolları dəyərində 51,05 milyon ton yük daşınıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2020-cu ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 32,8 % və 7,1% çoxdur.

Bunun 77,6 %-i və ya 39,599 milyon tonu stasionar nəqletmə vasitələri (16,899 milyard ABŞ dolları, 50,8 % çox) ilə daşınıb. Bu isə, illik müqayisədə 7,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan ərazisindən xarici ticarət əməliyyatları zamanı dəniz nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi 10,2 % azalaraq 740,8 min tona (657 milyon ABŞ dolları; 20,6 % çox), dəmiryolu nəqliyyatı ilə daşımalar 1,6 % azalaraq 6,348 milyon tona (2,806 milyard ABŞ dolları; 21,1 % çox), avtomobil nəqliyyatı ilə 26,2 % artaraq 4,265 milyon tona (8,342 milyard ABŞ dolları; 25,3 % çox), hava nəqliyyatı ilə 41,5 % artaraq 75 min tona (1,289 milyard ABŞ dolları; 4,1 % çox), poçt göndərişləri ilə 2,9 % artaraq 286 tona (74 milyon ABŞ dolları; 12 % çox), özü hərəkət edən vasitələrlə daşımalar isə 40,4 % azalaraq 23 min tona (141,7 milyon ABŞ dolları; 5 dəfə az) enib.

2021-ci ilin 11 ayında Azərbaycanda xarici ticarət əməliyyatları zamanı daşınan yüklərin 44,12 milyon tonu və ya 19,799 milyard ABŞ dollarlıq hissəsi ixracın, 6,93 milyon tonu və ya 10,41 milyard ABŞ dollarlıq hissəsi isə idxalın payına düşüb. Bu isə, müvafiq olaraq ixracda 9,1 % və 51,6 % artım, idxalda isə 3,9 % azalma və 7,5 % artım deməkdir..

44 filmi