Nemət Nağdəliyev: “Polşa şirkətləri azad edilmiş ərazilərin bərpasında iştirakda maraqlıdır”

Biznes
  • 20 oktyabr, 2022
  • 08:47
Nemət Nağdəliyev: “Polşa şirkətləri azad edilmiş ərazilərin bərpasında iştirakda maraqlıdır”

“Polşa şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərində iştirakda maraqlıdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Mərkəzi Avropada ticarət nümayəndəsi Nemət Nağdəliyev bu gün Bakıda keçirilən Polşa-Azərbaycan biznes forumunda deyib.

O bildirib ki, Azərbaycanın Mərkəzi Avropa ölkələrindəki ticarət nümayəndəliyi burada “Made in Azerbaijan” brendi altında məhsullar təqdim edir, müxtəlif forum və sərgilərdə iştirak edir.

Onun sözlərinə görə, Azərbaycan məhsullarını Polşada 70-dən çox hipermarketdə tapmaq olar: “Hazırda Azərbaycandan Polşaya pomidor ixracı artır. İxracın daha da artması potensialını görürük. Azərbaycanın Ticarət Nümayəndəliyinə daxil olan müraciətlərə əsasən belə qənaətə gəlmək olar ki, polşalı investorlar ən çox kənd təsərrüfatı və informasiya texnologiyaları sahəsinə maraq göstərirlər".