Naxçıvanın xarici ticarət dövriyyəsi 8%-dək artıb

Biznes
  • 16 aprel, 2020
  • 08:58
Naxçıvanın xarici ticarət dövriyyəsi 8%-dək artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 70,99 mln ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.

“Report”un Naxçıvan Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5,04 mln ABŞ dolları və ya 7,6% çoxdur.

Bu ilin üç ayı ərzində muxtar respublikada ixracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 mln ABŞ dolları və ya 0,2% artaraq 53,53 mln ABŞ dolları təşkil edib.

Bu ilin birinci rübündə Naxçıvan Muxtar Respublikasının xarici ticarətdəki idxalının həcmi 17,47 mln ABŞ dolları olub ki, bu da 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 4,9 mln ABŞ dolları və ya 39,4% çoxdur.

Nəticədə bu ilin üç ayında muxtar respublikada 36,06 mln ABŞ dolları dəyərində müsbət saldo yaranıb ki, bu da 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 4,83 mln ABŞ dolları və ya 11,8% azdır.

44 - Tezliklə