Naxçıvanda 9 ayda sahibkarlara 163 təsdiqedici sənəd təqdim edilib

Biznes
  • 28 oktyabr, 2026
  • 16:52
Naxçıvanda 9 ayda sahibkarlara 163 təsdiqedici sənəd təqdim edilib

Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətində tətbiq edilən vergi, gömrük və sosial sığorta güzəştləri çərçivəsində bu ilin yanvar–sentyabr aylarında 12 sahibkarlıq subyektinə ümumilikdə 163 təsdiqedici sənəd təqdim edilib.

"Report"un yerli bürosunun məlumatına görə, sənədlərdən 7-si texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı, 156-sı isə xammal və materialların idxalı üçün verilib.

Bu sənədlər əsasında Rusiya, Çin, Türkiyə, Almaniya, Cənubi Koreya, Avstriya, İran, İraq və Gürcüstandan texnika, texnoloji avadanlıq, qurğular, xammal və materiallar idxal edilib.

Görülən tədbirlər nəticəsində qida məhsulları, tütün məmulatları, sərinləşdirici içkilər, mineral sular, melamin plitələr, metal və plastik məmulatlar istehsal edən müəssisələrin emal gücü və ixrac potensialı artıb.

44 filmi