Missiya rəhbəri: "Azərbaycan Avropa bazarında öz mövqeyini mütləq təmin edəcək"

Biznes
  • 23 sentyabr, 2025
  • 11:44
Missiya rəhbəri: Azərbaycan Avropa bazarında öz mövqeyini mütləq təmin edəcək
Balazs Hendrik

Qısamüddətli və orta müddətli perspektivdə Azərbaycan Avropa bazarında öz mövqeyini mütləq təmin edəcək.

"Report" xəbər verir ki, bunu Macarıstandakı Türk Dövlətləri Təşkilatı Nümayəndəliyinin Missiya Rəhbəri Balazs Hendrik Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) 2-ci günündə bildirib.

O qeyd edib ki, əgər Orta Dəhliz həqiqətən bir imkan kimi qiymətləndirilirsə, bu, real fürsətə çevriləcək.

Missiya rəhbəri diqqətə çatdırıb ki, dünyada suyun əsas hissısi kənd təsərrüfatına sərf olunur: "Bu da su ehtiyatlarımızın idarə olunması məsələsini dərhal gündəmə gətirir. Su məsələsi əksər hallarda yalnız milli problem deyil, regional məsələdir. Çaylar sərhədləri aşaraq axır, buna görə də su diplomatiyası çox önəmlidir".

B.Hendrich həmçinin vurğulayıb ki, Macarıstan kimi dənizə çıxışı olmayan ölkələr üçün su ehtiyatlarının səmərəli idarəsi həyati əhəmiyyət kəsb edir.

"Biz su və kənd təsərrüfatı potensialımızdan maksimum şəkildə istifadə edə bilmək üçün ən uyğun həlləri tapmalıyıq. Bunun üçün texnologiya təminatçıları, texnologiya ixtiraçıları ilə əməkdaşlıq həyati vacibdir",- deyə o əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti