"Milli İnsan Resursları Forumu 2023" yekunlaşdı!

Biznes
  • 12 may, 2023
  • 10:50
Milli İnsan Resursları Forumu 2023 yekunlaşdı!

“Baku Marriott Hotel Boulevard”da “Gələcəyə dəyər” şüarı ilə 600 nəfərin iştirakı ilə keçirilən Milli İnsan Resursları Forumu uğurla yekunlaşıb.

Forumda insan resursları sahəsində tanınmış rəhbər şəxslər, peşəkarlar, dövlət rəsmiləri, iş adamları və sahibkarlar iştirak edib.

“Facemark”, “Business Management School” və “HR Option” MMC-lərin təşkilatçılığı, “ROOF Academic Training” şirkətinin baş sponsorluğu, "Consulta" İdarəetmə və Texnologiya Konsaltinq şirkətinin, “Alas Academy”nin panel sponsorluğu, “Başkent” restoranlar şəbəkəsi və "GRC Liderlik Konsultasiya" şirkətinin dəstəyilə baş tutan forum ölkəmizdə insan resursları idarəçiliyinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyərək rəhbər şəxs və dövlət rəsmilərini bir araya toplayıb.

Layihə rəhbəri Cabir Süleymanlının açılış nitqindən sonra tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin (İH) sədri Mustafa Abbasbəyli və baş sponsor “Roof Academic Training” şirkətinin rəhbəri Rüfət Hüseynzadənin nitqləri ilə davam edib.

3 moderator və 15 spiker "Gələcəyə dəyər" qatmaq üçün "Gələcəyin insanı", "İstedad yoxsa təcrübə?", "Fərqli prizma", üzrə müxtəlif mövzuları müzakirə ediblər.

ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İH sədrinin müavini Rəşad Məhərrəmovun moderator olduğu “Gələcəyin insanı” panelində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov, "PAŞA Sığorta" ASC-nin İnsan Resursları və Daxili Kommunikasiyalar Departamentinin rəhbəri Asif Sadıqov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, “Kaynağım İnsan” şirkətinin HR konsultantı İpek Aral və "Consulta" İdarəetmə və "Texnologiya Konsaltinq" şirkətinin idarəedici partnyoru Tolga Acarlı “Sürətlə dəyişən iş mühitlərinin necə bir işçi qüvvəsinə ehtiyacı olacaq?” və “Gələcəkdə istedadlı işçilərin şirkətlərə bağlılığını artırmaq üçün necə iş mühiti qurulmalıdır?” mövzularında təqdimatlarını həyata keçiriblər.

Dövlət Neft Şirkətinə (SOCAR) məxsus "SOCAR Downstream Management" MMC-nin insan resursları direktoru Elmir Məmmədovun moderator olduğu "İstedad yoxsa təcrübə" panelində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin insan resurslarının idarə edilməsi departmentinin direktor müavini Roman Süleymanov, “Baker Tilly Audit Azərbaycan” şirkətinin HR direktoru Təranə Qurbanova, "Veysəloğlu Şirkətlər Qrupu" MMC-nin insan resursları direktoru Ziya Rəcəbov iki ziddiyyətli yanaşma ətrafında fikir mübadiləsi aparıblar. Panel sonunda spikerlər iştirakçıların suallarını cavablandırıb.

"Fərqli prizma Mazarina" MMC-nın İR direktoru Nərgiz Seyidzadənin moderatorluğu ilə baş tutub. Müasir Psixologiya Mərkəzinin rəhbəri Aidə Sübhan, yazar Aqşin Yenisey, aktyor-ssenarist Azər Aydəmir və “ROOF Academic Training” şirkətinin təsisçisi və direktoru Rüfət Hüseynzadə "Effektiv insan resursları idarəçiliyi metodları" mövzusunda müzakirə aparıb. Forumun sonunda müsabiqə keçirilərək iştirakçılar arasında qalib gələn şəxslərə müxtəlif şirkətlərdən dəyərli hədiyyələr təqdim olunub.

Tədbir zamanı iştirakçılar sertifikat əldə ediblər. Tərəfdaşlarımız - ASAN İnnovativ İnkişaf Mərkəzinə, tərəfdaşımız “Admedia” şirkətinə, “Anzera” şirkətinə, SMS Dəyərləndirmə tərəfdaşımız “Qmetr” şirkətinə, Rəqəmsal platforma tərəfdaşımız “Adviad” şirkətinə, çöl reklamları tərəfdaşımız “Brand Media” şirkətinə, çap, promo, reklam tərəfdaşımız “Crea Time” şirkətinə, kreativ konsept tərəfdaşımız Fil Agency-ə, proqram təminatı tərəfdaşımız “Logix” şirkətinə, sayt tərəfdaşımız “Markup” şirkətinə, reklam tərəfdaşımız “MaxGroup Plus” və “Spring” şirkətinə, media tərəfdaşlarımız – Beylimedia, Newmedia, Bizimyol.info, Report.az, Marja.az, 1news.az, oxu.az, Operativ media, İqtisadiyyat.az, Araz FM “Biznes mərkəzi” verilişinə, İctimai radio, ARB TV və Baku TV kanalına təşəkkür edirik!

Tədbirdən görüntüləri təqdim edirik:

Facebook: https://www.facebook.com/mirfaze/

İnstaqram: https://www.instagram.com/mirf.aze/

44 - Tezliklə