"Limon"lar qayıdır, "m10"lar qazanır

Biznes
  • 16 oktyabr, 2023
  • 05:24
Limonlar qayıdır, m10lar qazanır

Hər kəsin sevdiyi "Limon" kampaniyası yenidən "m10" elektron pulqabısında!

16 oktyabr-16 noyabr 2023-cü il arası Limon kampaniyasında həm aktiv "m10"lar, həm də yeni istifadəçilər iştirak edə bilər.

Şərtlər:

• Kampaniyada bütün m10 istifadəçiləri iştirak edə bilər;

• m10 ilə edilən əməliyyatlar (QR ödənişlər, pul köçürmələri, balans artımı, kommunal ödənişlər və s.) istifadəçiyə limonlar qazandıracaq;

• Limonların hesablanması nə məbləğ, nə də əməliyyat sayından asılı olmadan randomayzer mexanikası ilə hesablanır;

• m10 istifadəçiləri hər 250 000, 500 000 və yaxud 1 000 000 limonu pul uduşlarına dəyişə bilər.

Hədiyyələr:

1-ci hədəf: 250 000 limon topladıqda 1, 2, 3 və ya 4 AZN;

2-ci hədəf: 500 000 limon topladıqda 5, 7, 9 və ya 10 AZN;

3-cü hədəf: 1 000 000 limon topladıqda 15, 20, 50 və ya 100 AZN əldə edilə bilər.

Bütün kartlar 100 % mükafatlıdır. İstifadəçi kartı seçə və ya daha böyük pul mükafatını əldə etmək üçün limon toplamağa davam edə bilər.

Əlavə məlumatı www.m10.az/limon səhifəsindən almaq olar.