Komitə sədrinin müavini: "Azərbaycanda uyğunluq sertifikatı ləğv edilməyib"

Biznes
  • 29 mart, 2018
  • 08:04
Komitə sədrinin müavini: Azərbaycanda uyğunluq sertifikatı ləğv edilməyib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədr müavini Niyaz Rəhimov

Bakı. 29 mart. REPORT.AZ/ "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Azərbaycan Akkreditasiya Mərkəzinin əsas funksiyası yerli məhsulların ixrac potensialının artırılması və xarici ticarətdə texniki maneələri aradan qaldırmaq məqsədilə ölkədə verilən uyğunluq sertifikatlarının beynəlxalq tanınmasına nail olmaqdır. Bu sertifikat ləğv edilməyib".

"Report" xəbər verir ki, bunu Dövlət Komitəsinin sədr müavini Niyazi Rəhimov uyğunluq sertifikatının ləğv edilməsi barədə söz-söhbətə münasibət bildirərkən deyib. 

"Milli akkreditasiyanın məqsədi Azərbaycanda mövcud laboratoriyaların inkişafıdır. Mərkəz beynəlxalq standartlara uyğun fəaliyyət göstərir", - o qeyd edib.