KOBİA “İteca Caspian”la anlaşma memorandumu imzalayıb

Biznes
  • 05 dekabr, 2018
  • 07:47
KOBİA “İteca Caspian”la anlaşma memorandumu imzalayıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə "İteca Caspian" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

“Report” xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı (“Bakutel-2018”) çərçivəsində baş tutub.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və "İteca Caspian"ın icraçı direktoru Fərid Məmmədov imzalayıblar.

Memorandum agentliyə "İteca Caspian"ın tədbirlərində iştirak hüquq verir. 

Sənəddə qeyd olunmuş şirkətlər arasında Kiçik və Orta Biznesə (KOB) Dəstək Programı çərçivəsində birgə tədbirlərin həyata keçirilməsi əksini tapıb. Bu memorandum sahibkarları təmsil edən qurumlar və biznes assosiasiyaları ilə sıx əməkdaşlıq edilməsi, yerli kiçik və orta biznes subyektlərinin xarici və yerli konfrans və sərgilərdə iştirakının təmin edilməsi, mikro, kiçik və orta sahibkarlarla ölkədə fəaliyyət göstərən iri sahibkarlar arasında əməkdaşlığın təşviq edilməsi, yerli istehsal olunmuş məhsulların xarici bazarlarda tanıdılması, yerli və xarici biznes subyektlərinin iştirakı ilə keçirilən müvafiq təşviqedici kampaniyalar barədə mütəmadi olaraq mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məlumatlandırılması, yerli sahibkarlar üçün satışa dəstək mexanizmlərinin təkmilləşdirilməsi və digər oxşar məsələlərlə bağlı birgə fəaliyyətin göstərilməsi, eləcə də müştərək layihələrin icra edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlığı tənzimləyir.

44 - Tezliklə